10 C
Baku
Wednesday, November 27, 2024

El Salvador prezidenti “Bitcoin” mayninqi üçün vulkanları icarəyə vermək istəyir

El Salvador prezidenti Nayib Bukele bitkoin mədənçiliyi üçün ölkə ərazisindəki 170 vulkanın icarəyə verilməsi ideyasını məntiqli hesab etdiyini bildirib.

Siyasətçi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Bitkoin mədənçiliyi üçün vulkanımızı icarəyə götürün” proqramı həqiqətən məna kəsb edir”.

Bu post El Salvadorun vulkan enerjisindən mədənçilik üçün istifadə edə biləcəyini iddia edən “Binance” müşahidəçisinin bəyanatına cavabdır. Qeyd edək ki, vulkan enerjisindən istifadə etməklə respublika 474 bitkoin (təxminən 46 milyon dollar) hasil edə bilər.

Həmçinin noyabrın 25-də El Salvador prezidentinin bitkoin üzrə baş məsləhətçisi Maks Kayzer vulkanların lizinqinin respublikaya adambaşına düşən bitkoinlərdə dövlət aktivlərində lider olmağa imkan verəcəyini deyib.

Son xəbərlər
Digər xəbərlər