16 C
Baku
Sunday, November 3, 2024

El Salvador vulkan enerjisi vasitəsilə 30 mln. dollarlıq “Bitcoin” hasil edib

El Salvador hökuməti vulkan enerjisindən istifadə edərək 30 milyon dollar dəyərində 474 “Bitcoin” hasil edib. Qeyd edək ki, El Salvadorun ümumi kriptovalyuta ehtiyatları 5750 “Bitcoin” və ya 357 milyon dollardır.

Təmiz enerji mənbələri vasitəsilə “Bitcoin” hasilatı El Salvadorun strategiyasının bir hissəsidir. Eyni zamanda El Salvador dünyada “Bitcoin”i rəsmi olaraq ödəniş vasitəsi kimi elan edən ilk dövlətdir.

Dünyanın ən populyar kriptovalyutasını ödəniş vasitəsi kimi tanıyan qanun 7 sentyabr 2021-ci ildə qüvvəyə minib.

İstehsalın azalmasına baxmayaraq, maynerlərin “Bitcoin” qiymətinə təzyiqi 14 gün dalbadal düşür. “Crypto Quant” mütəxəssisləri martın əvvəlində maynerlərin təzyiqinin azaldığı ən uzun dövrlərdən birini qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər