2 C
Baku
Saturday, December 14, 2024

Elçin Bağırov Prezident PA-dan azad edildi, BƏƏ-yə səfir göndərildi

Elçin Bağırovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 17 oktyabr 2022-ci il tarixdə sərəncam imzalayıb.

“Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilsin”- deyə, sərəncamda deyilir.

Həmçinin “bu Sərəncam imzalandığı gündən qüvvəyə minir” deyə, sənəddə vurğulanıb.

Elçin Bağırov 8 aprel 1959-ci ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır.

Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən hal-hazıra kimi Protokol xidmətinin Rəisi işləyirdi.

Son xəbərlər
Digər xəbərlər