6 C
Baku
Tuesday, February 27, 2024

Elçin Əmirbəyov: “Bakıya qarşı sanksiyaların tətbiqi ehtimalı ciddi qəbul edilməməlidir”

“Bakıya qarşı mümkün sanksiyaların tətbiqi ilə bağlı məlumat ciddi qəbul edilməməlidir, çünki bu cəhdlər vəziyyəti pozmağa yönəlmiş açıq-aşkar təxribat xarakterli aktdır”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə Avropa Parlamentinin bununla bağlı çağırışlarına dair sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, hazırkı vəziyyəti pozmağa yönəlmiş açıq-aşkar təxribat xarakterli hərəkətdir, bu gün razılaşma əldə olunub:

“Təəssüflər olsun ki, Avropa Parlamenti artıq bir müddətdir ki, öz fəaliyyətində çox dağıdıcı, birtərəfli, qərəzli, yanlış qiymətləndirmələrə davam edir. Hesab etmirəm ki, bu qurum Ermənistan və Azərbaycan arasında sülh prosesinə mümkün töhfəsi baxımından hər hansı etimadı qoruyub saxlayıb”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər