32 C
Baku
Friday, July 12, 2024

Elçin Quliyevə beynəlxalq əlaqələr üzrə müavin təyin edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevə yeni müavin təyin edilib.

Banker.az-ın Mediapost.az-a istinadən verdiyi məlumata görə, general-mayor Firuz Böyükağa oğlu Şirin-zadə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini – Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 17.08.2020-ci il tarixində Prezident İlham Əliyev general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə “general-leytenant” hərbi rütbəsi vermişdi. O bundan əvvəl DSX-nın Baş İdarə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən və sonradan ev dustağlığına buraxılan general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidməti rəisinin (2020-ci ilin fevral ayından may ayının 13-dək) beynəlxalq əlaqələr üzrə müavini – Beynəlxalq Əlaqələr İdarəsinin rəisi olub.

Son xəbərlər
Digər xəbərlər