10 C
Baku
Thursday, December 12, 2024

Elçin Quliyev müşavirə zamanı sərhəd nəzarəti məntəqəsinin rəisini işdən çıxarıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Banker.az xəbər verir ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub.

DSX rəisi, general-polkovnik Elçin Quliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirilib ki, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə DSX-nin 55 hərbi qulluqçu sərhəd nəzarəti sahəsindən kənarlaşdırılıb. 

Onlar dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması nəticəsində işdən kənarlaşdırılıblar. 

Son xəbərlər
Digər xəbərlər