27 C
Baku
Tuesday, July 16, 2024

Eldar Əzizov Bakıdakı hansı binaların söküləcəyini açıqladı

Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov qeyd edib ki, qəzalı binaların inventarizasiyası aparılır: “Bu binalar kateqoriyalara bölünəcək. Birinci növbədə informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil olunacaq”.

E.Əzizov ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların bərpasının və ya sökülməsinin nəzərdə tutulmasına da aydınlıq gətirib:

“Komissiya bölünüb və bütün 12 rayonda da bu inventarizasiya işləri gedir. Ondan sonra dövlət səviyyəsində məsələlər qaldırmalıyıq və müvafiq qaydada bu məsələlərin həllinə çalışacağıq”, – deyə o əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər