12 C
Baku
Thursday, March 28, 2024

Eldar Əzizov keçmiş müavininə vəzifə verib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçmiş müavininə yeni vəzifə verib.

Bir müddət öncə Eldar Əzizovun əmri ilə Şahmalı Cavadov Bakı Lift Təmir İstehsalat Birliyi Baş direktorunun müavini təyin edilib.

Sözügedən təyinat xəbərini unikal.org-a Bakı Lift Təmir İstehsalat Birliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı olarkən, Ş.Cavadov şəhər təsərrüfatı üzrə onun müavini olub. Həmçinin Qüdrət Şükürov Bakı Lift İdarəsinin baş direktoru vəzifəsini icra edərkən öz müavini Ruslan Eyvaz oğlu Dilanovu işdən çıxarmışdı. O vaxtdan həmin vəzifə vakant idi.

Xatırladaq ki, adı bir sıra qalmaqallarda hallanan məmur — Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov 2018-ci ilin oktyabrında vəzifəsindən azad edilmişdi, onun yerinə isə Xalid Ələkbərov təyin edilib.

Son xəbərlər
Digər xəbərlər