29 C
Baku
Thursday, June 30, 2022

Eldar Əzizovdan BNA-ya yeni təyinat

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə kurator təyin edib.

Eldar Əzizovun müvafiq əmri ilə Ayaz Məhəmməd oğlu Hüseynov müvəqqəti olaraq BNA-ya kurator təyin olunub.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyəti ilə dəqiqləşdirməyə çalışsaq da, qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov telefon zənglərimizə cavab vermədi.

Qeyd edək ki, Ayaz Hüseynov Bakı meriyasının şəhər təsərrüfatı şöbəsinin müdiridir.

Xatırladaq ki, bu ilin fevral ayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Son xəbərlər
Oxşar xəbərlər