18 C
Baku
Sunday, September 8, 2024

Eldar Abbaszadə “Meqa Sığorta”nın İdarə Heyətindən ayrılıb

“Meqa Sığorta” ASC-nin İdarə Heyətində dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, Eldar Abbaszadə sığorta şirkətində İdarə Heyətinin sədr müavini vəzifəsini tərk edib.

Onu da qeyd edək ki, mayın 8-də “Meqa Sığorta”nın Direktorlar Şurasının yığıncağı keçirilib. Uğur İbrahimli “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).

Son xəbərlər
Digər xəbərlər