8 C
Baku
Thursday, December 12, 2024

Eldar Həsənovla bağlı vəsatət təmin olundu

Azərbaycanın həbsdə olan keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin baxış iclasında onunla bağlı vəsatət təmin olunub. Bu barədə məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, Eldar Həsənov şüşə qəfəsdən çıxarılaraq zalda əyləşdirilib.

Bugünkü prosesdə vəkil Cavad Cavadov təqsirləndirilən şəxsin səhhətində yaranmış problemlərlə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət verib. Daha sonra Eldar Həsənov məhkəməyə səhhətinin kəskin pisləşdiyini bildirib. Bundan sonra Eldar Həsənov məhkəmənin jurnalistlərə qapalı keçirilməsi barədə vəsatət verib. Vəsatətlər məhkəmə tərəfindən təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı Anar Nəsibov ittiham aktını oxuyub.

Son xəbərlər
Digər xəbərlər