15 C
Baku
Friday, March 29, 2024

Eldar Qəribov bir əməliyyatla Azərbaycanın ən böyük bank səhmdarına çevrilir – SİYAHI

Xəbər verildiyi kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) artıq “Unibank”ın ən böyük səhmdarı deyil (44,5%-dən 9%-ə düşüb).

Banker.az bu barədə sənədə istinadən bildirir.

Belə ki, EBRD “Unibank”dakı payının 44,586,982.56 manatını ikinci böyük səhmdarı olan Eldar Qəribova satıb. Satılan əqdlərin hər biri 2,7 manat olmaqla ümumilikdə 16,392,273 ədəd olub. Bununla da Eldar Qəribovun “Unibank”dakı adi adsız səhmlərinin sayı 35,757,739 ədəddir ki, bu da 97 261 050.08 manat olması deməkdir. Hazırda bu göstərici ilə fiziki şəxs kimi Eldar Qəribov ölkədə ən böyük bank səhmdarı sayılır. O bu göstərici ilə “Premium Bank”ın əsas səhmdarı olan Zərifə Həmzəyevanı üstələyib.

Qeyd edək ki, sövdələşmə ötən gün, 5 noyabr tarixində baş tutub.

Əvvəlki

w

Son xəbərlər
Digər xəbərlər