“Azərenerji” ASC “Electro Service” QSC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə müxtəlif növ xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 670 413 manatdır.
Qeyd edək ki, “Electro Service” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Tural Babayevdir.