Amerikanın kompüter oyunları tərtibatçısı “Electronic Arts” 30 illik əməkdaşlıqdan sonra Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə əməkdaşlığı dayandırdığını elan edib. Banker.az xəbər verir ki, bu barədə “EA”nın mətbuat xidməti məlumat yayıb.
Korporasiya aydınlıq gətirir ki, bu, simulyasiya oyunlarının buraxılışına təsir etməsə də, seriya öz adını “EA Sports FC” olaraq dəyişəcək. Hesabatda qeyd edilir ki, “bu, yeni müstəqil platforma innovasiya, yaradıcılıq və inkişaf üçün yeni imkanlar verəcək”.
“EA” 1993-cü ildən FIFA adlı idman simulyasiya video oyunu istehsal edir. FIFA 23 2023-cü ilin yayında Qadınlar arasında Dünya Kubokundan sonra seriyanın son oyunu olacaq.