6 C
Baku
Sunday, December 15, 2024

Elektrik avadanlıqlarının istehsalı 9.6% azalıb

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində  159  milyon manatlıq məhsul istehsal edilmişdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 39.7% artıb, elektrik avadanlıqlarının istehsalı isə 9.6% azalıb.

Dövr ərzində əvvəlki ilin yanvar-sentyabr ayları  ilə müqayisədə 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərayanı naqillərinin istehsalı isə 2 dəfə, avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2.2 dəfə artmışdır.

Son xəbərlər
Digər xəbərlər