14 C
Baku
Saturday, November 23, 2024

Elektrik avtomobillərin 10 ən məşhur istehsalçısı

“Qianlong” tədqiqat institutu 2020-ci ilin may ayı üçün dünyanın ən etibarlı elektrik avtomobil istehsalçılarının siyahısını açıqlayıb. 

Mütəxəssislər xəbərlərin təhlili, onlayn şikayətlər, keyfiyyət ilə bağlı rəylər və elektik avtomobil istehsalçıları haqqında digər məlumatların müqayisəsini aparıblar. 

Reytinq tərtibçiləri, həmçinin koronavirus epidemiyası zamanı pul və ya tibbi cihaz bağışlayan şirkətlərin xüsusi sosial və korporativ məsuliyyətlərini qeyd ediblər. Onların sözlərinə görə, bu, şirkətin imicinə müsbət təsir göstərən amillərdən biridir. 

Elektrik avtomobillərin 10  ən məşhur istehsalçısı aşağıdakılardır:

10. Nio

nio

Nio – Çinin avtomobil konsernidir, elektrik avtomobillərin istehsalı üzrə ixtisaslaşıb. Şirkət 2014-cü ildə təsis edilib. İndeks – 6.95.

9. Mercedez-Benz

mercedes benz

Mercedes-Benz – müxtəlif avtomobillər, o cümlədən elektrik avtomobillərin istehsalı üzrə ixtisaslaşmış şirkətdir. Məşhur elektrik avtomobil modellərindən biri Mercedes-Maybach Vision 6 olmuşdur. İndeks – 6.96.

8. BJEV

BAIC BJEV

BJEV – Çinin dövlət avtomobil şirkətidir, özündə bir neçə avtomobilqayırma və maşınqayırma müəssisələrini birləşdirir. Qeyd edək ki, BAIC BJEV bölməsi yalnız elektrik avtomobillərin istehsalı ilə məşğul olur. İnedks – 7.26.

7. Geely

geely logo

Geely – Çinin ən böyük avtomobil şirkətlərindən biridir. Şirkət elektrik avtomobillər və hibridlər istehsal edir. Bundan əlavə, kadr hazırlığı üçün ali təhsil müəssisələri şəbəkəsinə, Çin və İsveçdə bir neçə tədqiqat mərkəzinə malikdir. İndeks – 7.37.

6. BYD

byd skyrail2 e1512955930663

BYD – Çinin Şenjen şəhərində yerləşən avtomobil istehsalçısıdır. BYD avtomobil şirkəti ümumi istehsal gücü 300 min ədəd olduğu “avtomobil şəhərciyi”ni yaradıb. İndeks – 7.56.

5. BMW

BMW – Almaniyanın avtomobil, motosikl, mühərrik və velosiped istehsalçısıdır. Bu brend bütün dünyada tanınır və uzun illərdir ki, avtomobil bazarında liderlərdən biridir. İndeks – 7.67. 

4. GAC NE

GAC NE

GAC NE – Çinin Quancou şəhərində yerləşən avtomobil şirkətidir, 1997-ci ildə təsis edilib. GAC Group həm yük (Gonow), həm də minik (Trumpchi) avtomobilləri istehsal edir. Bundan əlavə, şirkət Fiat, Honda, Mitsubishi və Toyota avtomobillərini birgə müəssisələrdə istehsal edir. İndeks – 7.77.

3. Volkswagen

Volkswagen

Volkswagen – müxtəlif avtomobil markalarına sahib olan alman avtomobil istehsalçısıdır. İndeks – 8.14.

2. Audi

audi scaled

Audi – “Volkswagen Group” konsernin tərkibinə daxildir, maşın istehsalı üzrə ixtisaslaşıb. İndeks – 8.25.

1. Tesla

tesla banker.azTesla – amerikan şirkətidir, elektrik avtomobil istehsalçısı olmaqla yanaşı, elektrik enerjinin saxlanılması problemini həll edir. Şirkətin adı dünyaca məşhur olan elektrotexnik və fizikaçı Nikola Teslanın şərəfinə qoyulub. İndeks – 8.57. 

Son xəbərlər
Digər xəbərlər