Vəzifə öhdəlikləri:
- Bankın binasında yerləşən sahədə elektrik enerjisinin verilməsində fasilələr yarandıqda, dizel generatoru ilə elektrik enerjisinin verilməsini təmin etmək və bu işə nəzarət etmək;
- Bankın bütün struktur bölmələrinin (rayon və şəhər filialları daxil olmaqla) elektrik enerjisi ilə müntəzəm təchiz olunmasını, bütün elektrik xətləri və avadanlıqlarının daim saz vəziyyətdə və işlək olmasını təmin etmək;
- İşçilərin elektrik avadanlıqlarından istifadə etdikləri zaman təhlükəsizlik qaydalarına riayət etmələrini nəzarətdə saxlamaq.
Namizədə qarşı tələblər:
- 25 – 40 yaş arasında olması;
- Ali texniki mühəndis təhsil olması;
- İxtisas üzrə 5 ildən az olmayan iş təcrübəsi olması;
- Dəqiqlik, diqqətlilik, təşkilatçılıq və ünsiyyət bacarıqlarının olması;
- Problemləri operativ həll etmə bacarıqlarının oloması.
Göstərilən tələblərə cavab verən namizədlər 16 oktyabr 2015-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.