28 C
Baku
Saturday, July 27, 2024

Elektrik enerjisi ixracı ötən ilin 11 ayında ölkəyə nə qədər valyuta gətirib?

Ötən ilin 11 ayında Azərbaycan 1 milyard 256 milyon 400 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

“Banker.az”a Dövlət Gömrük Komitəsinin verilən məlumata əsasən, bu həcmdə elektrik enerjisinin dəyəri 56 milyon 787 min ABŞ dolları təşkil edib.

Belə ki, cari ilin 11 ayında ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 486 milyon 320 min kVt/saat, dəyəri isə 19 milyon 248 min dollar azalıb.

Həmçinin xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Son xəbərlər
Digər xəbərlər