Elektrik mühərrikli avtomobil almaq istəyənlərə şad xəbərimiz var. Belə ki, yaxın gələcəkdə bu növ avtomobillərin idxal rüsumundan azad edilməsi gözlənir. Artıq bununla bağlı yeni layihə də hazırlanıb. Bəs hibrid avtomobillərinin idxal rüsumu ilə bağlı da yenilik olacaqmı? Dövlət Gömrük Komitəsinin rəsmisi “XəzərXəbər”in bununla bağlı suallarını cavablandırıb.
Elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması gözlənilir. Bunu ”Xəzər Xəbər”ə müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri idarəsinin rəisi Taryel Alıverdiyev deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən hazırda bu növ nəqliyyat vasitəsinin idxalı əlavə dəyər vergisindən azaddır. Növbəti güzəşt isə bu avtomobillərin idxal rüsumundan da azad edilməsi ola bilər.
Bununla bərabər elektromobillər üçün infrastruktur genişləndirilməsi də prioritet hədəflərdəndir. Bu məqsədlə həmin avtomobillər üçün enerjidoldurucularının da rüsumdan azad edilməsi gözlənir
Qeyd edək ki, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri isə idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır.