10 C
Baku
Saturday, November 23, 2024

Elektrik sayğaclarının zədələnmələri ilə bağlı müraciətlərin qəbulu elektronlaşdırılır

Yaxın günlərdə “Azərişıq” ASC-nin elektrik sayğaclarının zədələnmələri ilə bağlı müraciətlərin qəbulu xidməti elektron hökumət portalına yerləşdiriləcək.

Bu barədə jurnalistlərə aşıqlamasında ASC-nin İKT departamentinin rəhbəri Qalib Həmidov deyib.

Onun sözlərinə görə, bu adı çox hallanan xidmətdir və abonentlərdən bununla bağlı daha çox müraciətlər daxil olur.

“Sayğaclarda olan müəyyən qusurlar var ki, bu ya abonentlər tərəfindən müdaxilələrdən yaranan qusurlar və yaxud da sayğacların texniki qüsurlarından ola bilər. Abonent bizim quruma sayğac zədələnməsi araşdırma xidmətinə müraciət edir, bizim mütəxəssislər yerində sayğaca baxış keçirərək onun testlərini aparırlar. Əgər sayğac enerjini düzgün qeydə almırsa, o sayğac dərhal çıxarılır və yenisi ilə əvəz olunur”, – deyə Qalib Həmidov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər