28 C
Baku
Saturday, July 27, 2024

Elektrikli avtomobil sənayesinin inkişafını saxlamaq üçün neftin qiyməti nə qədər olmalıdır?

Elektrikli avtomobil sənayesinin inkişafını saxlamaq üçün neftin qiyməti 9-10 dollar olmalıdır. “BNP Paribas Asset Management” şirkətinin hesabatına görə, bu halda qazla işləyən avtomobillər elektrikli avtomobillərlə rəqabət aparacaqlar.

Banker.az xəbər verir ki, “Benzinlə işləyən nəqliyyat vasitələri üçün neftin qiyməti 9-10 dollar, dizel mühərrikli avtomobillər üçün isə 17-19 dollar təşkil etməlidir. Bu halda onlar elektrikli avtomobillərlə rəqabət apara biləcəklər. Başqa sözlə desək, yaxın gələcəkdə nəqliyyat vasitələrində neftdən istifadə edilməyəcək”, – hesabatda deyilir.

Bu, iri neft şirkətlərinə təsir göstərə bilər. Hesabata görə, neft layihələrinə investisiya qoymaqla şirkətlər illik gəlirinin 40%-dək itirə bilərlər.

Buna baxmayaraq, “BNP Paribas Asset Management” şirkətinin hesabatında deyilir ki, “bu gün neft sənayesi bərpa olunan enerji sənayesi ilə müqayisədə böyük üstünlüklərə malikdir. 2018-ci ildə külək və günəş enerjisinin 3% -i ilə müqayisədə neft bütün qlobal enerji tədarükünün 33% -ni təşkil etmişdir. Üstəlik, elektrikli avtomobillər benzin və dizel yanacağı ilə işləyən avtomobillərdən daha bahalıdır. Ehtimal edilir ki, bu vəziyyət 2023-2025-ci ilə qədər davam edəcəkdir”.

“Neft bir çox üstünlüklərə malikdir. Məsələ ondadır ki, bu nə qədər müddət davam edəcək?”.

 

Son xəbərlər
Digər xəbərlər