27 C
Baku
Saturday, July 27, 2024

Elektroenergetika sektorunda icazə əsasında həyata keçiriləcək işlər müəyyənləşib

Elektroenergetika sektorunda icazələr hansı işlərin icazələr əsasında həyata keçirildiyi açıqlanıb.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektroenergetika sektorunda aşağıdakı işlər bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazələr əsasında həyata keçirilir:

– su elektrik stansiyaları ve bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzre ise 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı;

– elektrik enerjisinin ötürülməsi;

– elektrik enerjisinin paylanması;

– 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı;

– elektrik enerjisinin idxalı və ixracı.

Elektrik enerjisinin idxalı və ixracı ilə bağlı icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, digər icazələr isə tənzimləyici tərəfindən verilir.

Elektrik enerjisinin ötürülməsinə ve elektrik enerjisinin paylanmasına icazə hüquqi şəxslərə, elektrik enerjisinin istehsalına icazə isə hüquqi və ya fiziki şəxslərə verilir.

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün nəzərdə tutulan icazələrin şərtləri aşağıdakılardır:

– icazə tələb olunan hərəkəti həyata keçirmək üçün şəxsin mülkiyyətində və ya istifadəsində müvafiq olaraq elektrik stansiyası, ötürücü və ya paylayıcı şəbəkə olmalı;

– icazə tələb olunan hərəkəti həyata keçirmək üçün şəxs energetika və texniki sahələrdə müvafiq ixtisaslı kadrlara malik olmalı;

– icazə tələb olunan hərəkət elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilmiş texniki, hüquqi və iqtisadi tələblərə cavab verməli;

– elektrik enerjisinin istehsalçısı bu Qanunun 11.3-cü (Istehsalçı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətini həyata keçirən şəxslərə münasibətdə hüquqi və iqtisadi baxımdan müstəqil olmalıdır) ve 11.4-cü maddələrinin (İstehsalçı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməz), ötürücü sistem operatoru bu Qanunun 13.2-ci maddəsinin (Ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və əsasında fəaliyyət göstərir), paylayıcı sistem operatoru bu Qanunun 15.3-cü maddəsinin (Paylayıcı sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, ötürülməsi və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz) tələblərinə əməl etməli.

Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması ilə bağlı icazələrin alınması üçün ərizəyə “Lisenziyalar və icazələr haqqında” qanunda göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlər də əlavə olunur:

– hüquqi şəxs əvvəlki ildə fəaliyyət göstərdiyi halda son bir il üzrə maliyyə hesabatı yaxud bank hesabından çıxarış;

– balans mənsubiyyəti və kommersiya uçotu qurğularının quraşdırıldığı nöqtələr göstərilməklə, icazə tələb olunan hərəkətin həyata keçirildiyi obyektin, ötürücü və paylayıcı sistem operatorları tərəfindən isə, həmçinin müvafiq şəbəkənin sxemi;

– hüquqi şəxsin nizamnaməsinin (xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin əsasnaməsinin) notarial qaydada təsdiq edilmiş surəti, hüquqi şəxsin təsisçiləri (iştirakçıları), müşahidə şurası (direktorlar şurası) və icra orqanının üzvləri (təkbaşçı icra orqanı) barədə məlumatlar, habelə olduğu halda, təsis müqavilələri və kənar (etibarnaməli) idarəçilik müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətləri;

– fərdi sahibkarın elektroenergetika sektorunda fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunan əmlakı etibarnamə ilə idarəetməyə verildiyi halda, bu barədə müqavilənin notarial qaydada təsdiq olunmuş surəti.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər