20 C
Baku
Saturday, September 21, 2024

“Elektromobil bazarının böyüməsi 2020-ci ildə kobalt qıtlığına səbəb olacaq”

Dünyada elektromobil bazarının böyüməsi 2020-ci ildə bu avtomobillərin əsas komponenti olan litium-ion batareyalarındakı kobaltın qıtlığına səbəb olacaq.

Banker.az bildirir ki, bu barədə “Joint Research Centre” analitik mərkəzinin hesabatında deyilir.

Hesabata əsasən, bütün dünyada elektromobillərin sayı keçən ilki 3 mln. ədəddən 2030-cu ilə qədər 130 mln. ədədə qədər artacaq. Belə sürətli artım yaxın zamanlarda kobaltın çatışmazlığına və onun qiymətinin artımına gətirib çıxara bilər. Bu isə o deməkdir ki, həm də elektromobillər bahalaşacaq.

Məsələni çətinləşdirən hal budur ki, kobalt Konqoda hasil edilir. “Bloomberg” yazır ki, elektromobil bazarının gələcəyi bu ölkənin hökumətinin qərarından asılıdır. Bu yaxınlarda hökumət bu metalın hasilatına vergini artırıb və nəticədə onun qiyməti 2 dəfə artıb.

Kobaltın mümkün qıtlığı 2030-2040-cı illərdə elektrikli avtomobillərin xeyrinə tam olaraq benzin və dizel mühərriklə işləyən avtomobillərdən imtina etməyi planlaşdıran bir sıra Avropa ölkələrinin planlarını da təhlükə altına qoyub. Bura İspaniya, İngiltərə, Fransa, Almaniya, Danimarka və Norveç daxildir.

Hazırda istehsalçılar kobalt istifadə etmədən litium-ion batareyalarının istehsalı imkanlarını araşdırırlar. Agentlik qeyd edir ki, ancaq bütün bu cür layihələr hələlik işlənmə mərhələsindədirlər.

Siyasi risklərdən asılı olmamaq üçün şirkətlər kobaltın alternativini axtarırlar. Bundan öncə “Conamix” startap-ı kobaltsız litium-ion batareyasının istehsalına söz verən layihəsi ilə investorların diqqətini cəlb edib. Əsasən “Tesla” şirkəti üçün akkumulyator tədarükçüsü olan “Panasonic” şirkəti də kobaltsız batareyalar istehsal edəcəyini elan edib.

Ancaq Avropanın “Joint Research Centre” şirkətinin mütəxəssisləri proqnozlaşdırır ki, artıq 2025-ci ildə ciddi kobalt çatışmazlığı yarana bilər. Hətta kimsə elektromobillər üçün kobaltsız batareyaların tərtibi ilə məşğuldursa, onun tətbiqi üçün bir çox illər lazım gələcək. Bu səbəbdən də elektromobillərin yayılması ləngiyə bilər.

Bununla belə, avtomobil istehsalçılarının özləri isə elə görüntü yaradırlar ki, guya heç bir problem yoxdur. “Bloomberg” yazır ki, BMW şirkəti birbaşa olaraq kobalt mədənlərinin sahibləri ilə danışıqlar aparır. Almanlar əmindir ki, razılığa gələ və tələbatı ödəyə biləcəklər. GM şirkəti yeni elektromobillərin istehsalına 2023-cü ildə başlamağı planlaşdırır və tədarükçülərin proqnozlarına əsaslanaraq əmin edirlər ki, kobalt tapılacaq.

“EV-Volumes” şirkətinin mütəxəssisləri 2018-ci ilin üçüncü rübünün sonuna elektromobil satışlarının qlobal statistikasını tərtib ediblər. Nəticələr bütün dünya üzrə bazarın artacağını, həmçinin perspektivdə ilin nəticələrinin qane olduğu kimi olacağını vəd edir.

ABŞ daha dinamik bazarlardan biri olub. 2018-ci ilin 9 ayında regionda qoşulan minik avtomobillərinin satışları təxminən 232,5 min ədəd təşkil edib. Bunun 63%-i elektromobillərdir, 37%-i isə hibridlər olub. 2017-ci ilin analoji dövrü ilə müqayisədə bazarın artımı 63% təşkil edib.

2018-ci ilin üç rübü ərzində Avropa ölkələrində təxminən 291 min ədəd qoşulan avtomobil ustehsal edilib. Bu isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 35% çoxdur.

Gözlənilir ki, növbəti ildə satışların 45%-i Çinin, 26%-i Avropanın, 24%-i Şimali Amerikanın payına düşəcək. Bu vəziyyəti “Tesla Model 3” dəyişdirə bilər ki, dəyişdirə bilər ki, bu da Şimali Amerikanın Avropanı geridə qoymasına imkan verəcək.

Çində bu artım hökumətin elektrikli və hibrid avtomobillərin xeyrinə yönəlmiş siyasəti sayəsində baş verə bilər. Hökumət ümid edir ki, “yeni enerji nəqliyyat vəsitələri”nin istehsalı artıq 2020-ci ildə 2 mln. nüsxəyə çayacaq. “Xinhua” yazır ki, 2025-ci ildə isə onların payı ümumi avtomobil bazarında 20%-ə çatacaq.

Report

Son xəbərlər
Digər xəbərlər