Elektromobillər 6 ildən sonra benzin avtomobillərdən daha ucuz ola bilər

2027-ci ildə elektromobillərin benzinli avtomobillərdən daha ucuz olacağı gözlənilir.

Banker.az bu barədə “Sercretmag”a istinadən xəbər verir.

“BloombergNEF” analitiklərinin sözlərinə görə, 2026-cı ilədək yolsuzluq avtomobillərin istehsalı qiymət baxımından benzin və dizel modellərin istehsalına bərabər olacaq.

Önümüzdəki altı il ərzində elektrikli nəqliyyat vasitələri üçün batareyaların dəyəri əhəmiyyətli dərəcədə düşəcək ki, bu da elektromobillərin istehlakçılar üçün daha əlçatan olmasına gətirib çıxaracaq.

Qeyd edək ki, hal-hazırda bir elektrikli avtomobilin qiyməti təxminən 33 min avrodur, eyni ölçülü benzin avtomobilin qiyməti isə 18-19 min avro təşkil edir. Analitiklər 2026-cı ildə hər iki avtomobilin təxminən 19 min avroya olacağına əmindirlər, hətta 2030-cu ildə benzinli avtomobillərin bahalaşması gözlənilir.

“BloombergNEF” analitiklərinin proqnozu digər mütəxəssislərin araşdırlamarından daha konservativdir. Məsələn, “UBS” investisiya bankının mütəxəssisləri elektrikli və benzin avtomobillərin 2024-cü ilə qədər bərabər qiymətə olacağını söyləyirlər. Digər şirkətlər elektrikli avtomobillər üçün batareyaların qiymətinin azalmağa davam edəcəyini hesab edir. Belə ki, Belçikanın qeyri-kommersiya təşkilatı olan “Transport & Environment”ın araşdırmasına görə, 2020-2030-cu illə arasında batareyaların qiyməti 58% azalacaq.

Böyük Britaniya hökuməti 2030-cu ildən etibarən daxili yanma mühərrikli nəqliyyat vasitələrinin satışının qadağan olunacağını mümkün hesab edir. Avropa şirkətləri isə öz növbəsində Avropa Birliyini bu təşəbbüsü 2035-ci ilə qədər təxirə salmağa çağırıblar.

“Boston Consulting Group”un mütəxəssisləri daha əvvəl 2026-cı ilədək dünyada satılan minik avtomobillərinin yarıdan çoxunun elektrikli olacağını proqnoz edib


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.