11 C
Baku
Saturday, November 16, 2024

Elektron alış aktı ilə rəsmiləşdirilən malların satışı zamanı gəlir və xərc necə tanınır?

Mövzunu “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elxan Babayev şərh edir.

Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktı tərtib edilməlidir. Məcəllənin 71-2.1. maddəsində isə göstərilir ki, 130.1-1-ci maddənin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

“Nağdsız hesablaşma haqqında” qanunun tələblərinə görə, vergi ödəyiciləri vergi ödəyicisi olmayan fiziki şəxslərdən yalnız qanunun 3.5-ci maddəsində göstərilən malları nağd qaydada satın ala bilər.
Vergi ödəyicisi “Nağdsız hesablaşma haqqında” qanunun tələblərinə əməl etməlidir. Digər tərəfdən, Vergi Məcəlləsinin 2.2, 2.3, 16.1.11-10, 71-2.1-ci maddələrini nəzərə almaqla elektron alış aktıyla alınan malın satışı zamanı Məcəllənin 14.6.5-ci maddəsinin müddəaları gözlənilməklə satılan malın maya dəyəri xərc kimi tanınmalı və ya Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən, şərti rentabellik norması tətbiq edilməlidir.

Misal 1: Elektron avadanlıqların satışı ilə məşğul olan “AA” MMC vətəndaşdan (fiziki şəxs) elektron alış aktıyla 700 manata aldığı elektron mühərriki 1.000 manata “BB” MMC-yə satıb. Bu əməliyyat zamanı yaranan mənfəəti hesablayaq.

1-ci hal:

Gəlir – 1.000 manat
Xərc – 700 manat
Mənfəət: = 300 manat (1000-700)

2-ci hal (səyyar yoxlama zamanı):

Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı təqdirdə vergi orqanı Şərti Rentabellik Norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı formada müəyyən edir:

M\=G/(100+R)*R

Burada:

M – vergi ödəyicsinin mənfəəti
G – vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir
R – Şərti Rentabellik Norması
Misala uyğun olaraq
G = 1.000 manat
R = 20%
M (mənfəət) =1.000/(100+20)%*20%=1.000/6=166.66 manat.

Qeyd edək ki, burada 20 faiz 120 faizin 1/6 hissəini təşkil etdiyi üçün gəlir 6-ya bölünüb.

Son xəbərlər
Digər xəbərlər