Bir müddət öncə, müştəri haqqında fərdi məlumatların elektron qaydada əldə olunacağı, yəni elektron arayışlar üçün xidmət gerçəkləşmişdi. İndi isə növbəti bank bu xidmətə qoşuldu. Azərbaycan bankları üçün bu yenilik olduğuna görə hələ ki, çox az bank bu xidmətdən istifadə edir. Arayışların elektron şəkildə əldə olunması, əhali üçün də çox sərfəlidir. Çünki müxtəlif səbəblərdən bankdan tələb olunan arayışı təqdim etmək mümkün olmur. Siz fərdi məlumatlarınız üzrə elektron arayışı evdən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilərsiniz.
Arayışların elektron qaydada əldə olunması ölkədə fəaliyyət göstərən banklar və “Elektron hökumət” portalı ilə əməkdaşlığı ilə birlikdə həyata keçirilir. Bu arayışlar ilə kreditlərin verilməsi isə çox sadədir. Beləliklə, siz (www.e-gov.az) Elektron hökumət portalına daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsi ilə elektron arayış formasını dolduraraq kredit əldə etməl istədiyiniz banka göndərirsiniz.
Elektron portala daxil olmaq üçün siz, elektron imza sertifikat, “ASAN imza” və ya kod parollardan istifadə edə bilərsiniz. Kod parolu almaq üçün isə elektron portalın onlayn qeydiyyat xidmətindən istifadə etməyiniz mümkündür.
Müqavilə şərtlərinə əsasən, bankın filiallarında, eyni zamanda MHM-in qeydiyyat məntəqələri fəaliyyətə başlayır. Belə ki, müştəri kod parol olan zərfləri bank filiallarından da əldə edə bilər. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
Hazırda vətəndaşlara aid məlumatlar üzrə elektron arayışlar 7 dövlət qurumunda çalışan vətəndaşlar haqqında məlumatlar təqdim olunur.
- Daxili İşlər Nazirliyi;
- Prezident yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiya;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
- Dövlət Sosial Müdafiə Fondu.
- Təhsil Nazirliyi
- Səhiyyə Nazirliyi
Ölkəmizdə hələ ki, bu sistem tam tətbiq olunmayıb. Təbii ki, banklarda bütün xidmətlərin tam elektronlaşması vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə də imkan yaradacaq.
Qeyd edək ki, hazırda Bank of Baku, Unibank və Access Bank “Elektron hökümət” portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayışın verilməsi xidmətin istifadəsinə başlayıb.