13 C
Baku
Wednesday, November 20, 2024

Elektron arayışla hansı bankdan kredit əldə etmək olar?

Artıq ölkənin bir çox banklarında kreditlərin onlayn arayış vasitəsilə əldə etmək mümkündür. Hazırda bir çox banklardan bu xidmətdən faydalana bilərsiniz.

Arayışların elektron qaydada əldə olunması ölkədə fəaliyyət göstərən banklar və “Elektron hökumət” portalı ilə əməkdaşlığı ilə birlikdə həyata keçirilir.  Bu arayışlar ilə kreditlərin verilməsi isə çox sadədir. Beləliklə, siz (www.e-gov.az) Elektron hökumət portalına daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsi ilə elektron arayış formasını dolduraraq kredit əldə etməl istədiyiniz banka göndərirsiniz.

Hazırda aşağıda qeyd olunan banklardan kredit əldə etdiyiniz zaman Elektron hökümət portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayışın verilməsi xidmətin istifadəsinə edə bilərsiniz.

  • Access Bank
  • AG Bank
  • Amrahbank
  • ASB Bank
  • Azərbaycan Beynəlxalq Bankı
  • Bank BTB
  • Bank of Baku
  • Bank Respublika
  • Bank Standard
  • Bank Technique
  • DəmirBank
  • Expressbank
  • Muğan Bank
  • NBC Bank
  • Nikoil Bank
  • Para Bank
  • Rabitəbank
  • Turan Bank
  • Unibank
  • YapıKredi Azərbaycan

Elektron portala daxil olmaq üçün siz, elektron imza sertifikat, “ASAN imza” və ya kod parollardan istifadə edə bilərsiniz. Kod parolu almaq üçün isə elektron portalın onlayn qeydiyyat xidmətindən istifadə etməyiniz mümkündür.

Siz elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə etməklə kod parolunu ala biləcəksiniz. Kod parollarını Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etməyiniz mümkündür. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

Son xəbərlər
Digər xəbərlər