Elektron avadanlıq istehsalçısı ləğv edilərək 3 milyonluq “HTECH İnvest” şirkətinə qoşuldu

Azərbaycanın elektron avadanlıqlar bazarında tanınmış istehsalçılardan biri olan “Kür Elektron Avadanlıqları İstehsalı” MMC fəaliyyətinə xitam verildiyini və “HTECH İnvest” MMC-yə qoşulduğunu elan edib.

Banker.az xəbər verir ki, birləşmə nəticəsində “Kür Elektron Avadanlıqları İstehsalı” MMC ləğv olunur və bütün hüquq və öhdəlikləri varislik qaydasında “HTECH İnvest” MMC-yə keçir.

“HTECH İnvest” MMC isə bu qoşulma nəticəsində yenidən təşkil olunduğunu bildirib.

“Kür Elektron Avadanlıqları İstehsalı” MMC 10 sentyabr 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 71-də yerləşirdi. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 300 min manat təşkil edib. Şirkətin qanuni təmsilçisi Rızvan Osmanov Allahverən oğlu olub.

“HTECH İNVEST” MMC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, H.Əliyev küçəsi, ev 71-dir. Onun nizamnamə kapitalı 3 049 603 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Lətif Məhərrəmov Vidadi oğludur.

Son xəbərlər
Digər xəbərlər