9 C
Baku
Thursday, December 12, 2024

Elektron Hökumətin İnkişafı Mərkəzi gəlirləri 4 dəfə artsa da, zərər etdiyini açıqladı

Azərbaycanda dövlətə məxsus olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ötən il ərzində 57.11 min manat zərər edib.

Banker.az  bu barədə dövlət mülkiyyəti hesab edilən publik hüquqi şəxsin 2020-ci il üzrə maliyyə hesabatına istinadla xəbər verir.

EHİM-in hesabatına görə, ötən il ərzində 4 milyon 677.54 min manat əsas əmliyyatdan gəlirlər əldə edib. Bu da illik müqayisədə 2.6 dəfə artım deməkdir. Digər əməliiayt gəlirlərinin həcmi isə 6.6 dəfə artımla 6 milyon 600 min manat olub.

Gəlirləri artdığı kimi xərcləri də öncəki illə müqayisədə böyük fərqlə artıb.

Məsələn, EHİM 2019-cu ildə işçi xərci 1 milyon 456.5 min manat olduğu halda, 2020-ci il üzrə bu rəqəmlərin həcmi 6 milyon 927.7 min manata yüksəlib. Hesabat ilində Mərkəzin əlavə 1 milyon 405.44 min manat əlavə amortizasiya xərci yaranıb. “Sair” xərc kimi hesabatda təsbit edilən hissədə isə xərcin 1 milyon 215.79 min manata yüksəlib.

Beləliklə şirkətin ümumi mənfəti 1.09 min manat olub. Şirkət 58.19 min manat vergi xərcindən sonra qeyd edilən zərər olub.

1 yanvar 2021-ci il tarixinə EHİM-in bölüşdürülməmiş mənfəətinin həcmi 643.85 min manata düşüb.

EHİM- Azərbaycanda elektronlaşmış xidmət sahələrini özündə birləşdirən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər