12 C
Baku
Monday, November 25, 2024

“Elektron ipoteka” və “Güzəştli mənzil” sistemi inteqrasiya olunacaq

Gələcəkdə güzəştli şərtlərlə mənzil alacaq şəxslərə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı “İpoteka və Kredit Zəmanət Fondu” ASC və Mənzil İnşaatı Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması təmin edilib.

Bu “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatda öz əksini tapıb.

Məlumatda qeyd olunub ki, prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiq edilib: “Qayda ilə inşa ediləcək mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsi məqsədilə bu mənzilləri almaq hüququ olan şəxslərin dairəsi güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi ilə eyniləşdirilib. Qaydanın tələblərinə əsasən güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi forması Agentlik ilə razılaşdırılaraq Cəmiyyətin İdarə Heyəti tərəfindən təsdiq edilib. Bu müqavilə ilə Agentliyin sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılıb”.

Fonddan bildirilib ki, 2017-ci ildə dövlət büdcəsindən Cəmiyyətə ayrılmış 50 mln. manatın 20 mln. manatının güzəşti şərtlərlə mənzillərin alınmasına yönəldilməsi qərara alınıb.

Qeyd edək ki, hazırda hər iki təşkilat tərəfindən ipoteka kreditləşməsi sahəsində etibarlı məlumat mübadiləsinin təşkili məqsədilə “Elektron ipoteka” sistemi ilə “Güzəştli mənzil” sistemi arasında inteqrasiya imkanları üzrə iş aparılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər