Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “Elektron ipoteka və kredit zəmanət” sistemində təkmilləşdirmələrin aparılması xidmətləri üzrə açıq tender elan edib.
Banker.az xəbər verir ki, satınalma predmetinə “Elektron ipoteka və kredit zəmanət” sistemində müxtəlif təkmilləşdirmələrin həyata keçirilməsi xidmətləri daxildir.
Tender üzrə ehtimal olunan qiymət 253 883 manat təşkil edir.







