“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də (EKTİS) dəyişiklik edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, EKTİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə təmin olunan məsələlər artırılıb:
– dincə qoyulması da daxil olmaqla əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi.
– kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların (əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarına münasibətdə “subsidiyalar” altsistemində müvafiq məlumatlar olmadıqda) toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi.