Azərbaycan Prezidenti İlham Əliyev bu gün, 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir,
- 3.2.1-ci yarımbəndə “daxil edilməsi,” sözlərindən sonra “ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi,” sözləri əlavə edilsin.
(əvvəl- 3.2.1. “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, torpaq sahələrinin xəritələşdirilməsi; )
- 5.1.24-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.25-ci yarımbənd əlavə edilsin:
“5.1.25. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi barədə məlumatlar.”.
- 7.1.5-ci yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.6-cı yarımbənd əlavə edilsin:
“7.1.6. yerli özünüidarəetmə orqanı:
- qeydiyyatdan keçmək;
- elektron kabinetdən istifadə etmək;
- uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etmək.”.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.