8 C
Baku
Thursday, December 12, 2024

Elektron pul təşkilatının kreditor tələblərinin ödənilməsi xüsusiyyətləri müəyyənləşir

Ödəniş təşkilatı və elektron pul təşkilatının kreditor tələblərinin ödənilməsi xüsusiyyətləri müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Müflisləşmə və iflas haqqında” qanuna təklif olunan yeni – 53-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq borclu ödəniş təşkilatının və elektron pul təşkilatının digər kreditorlarının tələbləri ödəniş xidməti istifadəçilərinin həmin təşkilatlarda olan pul vəsaitlərinə və həmin vəsaitlər hesabına əldə olunmuş aktivlərə yönəldilə bilməz. Bu vəsaitlər ödəniş xidməti istifadəçilərinin tələblərinin növbədənkənar ödənilməsinə yönəldilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər