9 C
Baku
Wednesday, January 8, 2025

Elektron pul təşkilatının nizamnamə kapitalı 1.3 mln. manata çatdırıldı

Mərkəzi Bankdan ödəniş sistemləri bazarında iştirak üçün lisenziya əldə edən “PulPal” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, 465 000 manat və ya 55.6% artırılmaqla  1 302 010 manata çatdırılıb.

Bundan öncə şirkət 2019-cu ildə təsis edilərkən 10 manat nizamnamə kapitalı vardı. 2022-ci ilin aprelindən isə kapital 837 010 manata qaldırılmışdı.

Qeyd edək ki, şirkət 24 iyul 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankından elektron pul təşkilatı kimi lisenziya əldə edib.

Ona verilən lisenziyaya əsasən, kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və ya digər ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi; elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti həyata keçirmə səlahiyyətindədir.

Son xəbərlər
Digər xəbərlər