4 C
Baku
Thursday, February 12, 2026

Elektron pul təşkilatının rəhbəri dəyişdirilib

Elektron pul təşkilatı “Algoritma” MMC-nin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Paşa Osmanlı Məharət oğlu direktoru təyin edilib.

O bu vəzifədə Gülsəba Ağayarlı Nizami qızını əvəz edib.

Paşa Osmanlı bundan öncə rəqib şirkət “Guavapay”də çalışıb.

Xatırladaq ki, “Algorıtma” MMC 2019-cu ildə 1000 manat nizamnamə kapitalı ilə yaradılsa da, keçən ilin avqustundan kapitalı tələb olunan məbləğə – 751 000 manata qaldırılıb.

 

Son xəbərlər
Digər xəbərlər