Hazırda statusundan asılı olmayaraq, bütün vergiödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən Banker.az-a bildirilib ki, bu sistemin tətbiqinə başlanılan dövrdən indiyədək 98876 vergiödəyicisi tərəfindən 15.018.890 elektron qaimə-faktura təqdim edilib və əməliyyatların dəyəri 77 milyard manatdan artıq olub.

Elektron qaimə-faktura “Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə olunmaqla “Oflayn” rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan alınmalıdır.

Vergi Məcəlləsinin 58.13-ci maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim olunmuş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.