İpoteka kreditləri üzrə elektron müraciətlərin sayı açıqlanıb.
Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbərə görə, 2016-cı ilin dekabrın 31-nə əhalidən ipoteka kreditləri, o cümlədən güzəştli ipoteka kreditləri üzrə 3300-dən çox elektron müraciət daxil olub. “İpoteka kreditləri üzrə daxil olan müraciətlər üzrə ümumi məbləğ 220 mln. manatdan artıq olub. 2016-cı ildə verilmiş kreditlərin sayı 187 ədəd, məbləği isə 11,6 mln. manat olub”, – deyə hesabatda vurğulanıb.
Xatırladaq ki, ipoteka kreditləri üzrə elektron müraciətlərin qəbuluna 2016-cı ilin noyabrın 17-dən başlanılıb.