8 C
Baku
Sunday, December 21, 2025

Elektron siqaret gətirən sahibkarlar çətin vəziyyətdə – Hökumətə müraciət ediblər

“Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklik sahibkarları çətin vəziyyətdə qoyub. Beləki dəyişiklik qəbul edilərsə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Qadağan edilməsi düşünülən məmulatları ölkəyə gətirən iş adamları deyirlər ki, külli miqdarda məhsul əllərində qalacaq. Eyni zamanda hələ sifariş etdikləri məhsulu yolda olan sahibkarlar da az deyil.

Sahibkarlar deyirlər ki, məhsulları kredit hesabına alıblar. Verilən ani qərar onlara ciddi maliyyə xərci yaradacaq.

Təklif olunan dəyişikliyin yumşaldılması üçün sahibkarlar hökümətə müraciət ediblər.

Son xəbərlər
Digər xəbərlər