1 C
Baku
Saturday, December 14, 2024

Elektron siqaret istehsalçısı “Juul” $40 mln. cərimə ödəyəcək

Amerikanın elektron siqaret istehsalçısı “Juul” ABŞ-ın Şimali Karolina ştatına 50 milyon dollar cərimə ödəyəcək.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, ştat şirkəti məhsullarını yetkinlik yaşına çatmayan uşaqlar arasında reklam etməkdə günahlandırıb.

Razılaşmaya əsasən, “Juul” yeniyetmələr üçün cəlbedici olan məhsulların satışını məhdudlaşdıracaq, o cümlədən hər il qaydalara riayət etdiyini sübut etmək üçün hesabat təqdim edəcək. Şimali Karolina ştatının baş prokuroru Coş Steyn qeyd edir ki, elektron siqaretlərin uşaqların həyatına vurduğu zərərdən (asılılıq, depressiya, pis qiymətlər, müalicə) xəbər tutandan sonra şirkəti araşdırmağa başlayıb.

Xatırladaq ki, “Juul” şirkəti 2017-ci ildə yaradılıb, eyni ilin dekabrında isə onun qurucuları Adam Bouen və Ceyms Monsiz milyarderlərə çevrilib. Bu, “Juul” və “Altria” arasında 13 milyard dollarlıq müqavilənin bağlanması fonunda baş verib.

Lakin 2018-ci ildə “Darsana Capital Partners” fondu siqaret istehsalçısına qoyduğu investisiyaların üçdə birini geri çəkib, nəticədə “Juul”un kapitallaşması 38 milyard dollardan 24 milyard dollara düşüb. İnvestisiyaların geri çəkilməsi “Juul”a qarşı qaldırılan iddiaların sayı ilə əlaqəli olub. Hesablamalara görə, hal-hazırda şirkətə qarşı 2 mindən çox iş qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər