Azərbaycanda 2021-ci ilin ilk rübü ərzində ərzaq malları, içkilər və tütün məmulatları üzrə pərakədə elektron ticarətin dövriyyəsi kəskin böyüyüb.
Banker.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, cari ilin yanvar-aprel ayları ərzində e-ticarətdə 36 milyon 199.6 min manat həcmində məhsul satılıb. Bunu Dövlət Statistika Komitəsindən bildiriblər.
Bu isə öncəki ilin eyni dövrü ilə müqayisədə 2.4 dəfə böyümə deməkdir.







