Elektron ticarət dövriyyəsi Azərbaycanda 2.4 dəfə böyüyüb

Azərbaycanda 2021-ci ilin ilk rübü ərzində ərzaq malları, içkilər və tütün məmulatları üzrə pərakədə elektron ticarətin dövriyyəsi kəskin böyüyüb.

Banker.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, cari ilin yanvar-aprel ayları ərzində e-ticarətdə 36 milyon 199.6 min manat həcmində məhsul satılıb. Bunu Dövlət Statistika Komitəsindən bildiriblər.

Bu isə öncəki ilin eyni dövrü ilə müqayisədə 2.4 dəfə böyümə deməkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər