10 C
Baku
Tuesday, November 26, 2024

Elektron xidmətlərin göstərilməsinə yol verilməyəcəyi hal müəyyənləşir

İnformasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmayan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət informasiya ehtiyatının və sisteminin təşkilinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəyi nəzərə alınmaqla, həmin orqanın (qurumun) müəyyən etdiyi texniki tələblər, eləcə də beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktları əsasında həyata keçirilir. Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə məqsədəuyğunluq barədə rəy verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dövlət informasiya ehtiyatının və sisteminin istifadəyə verilməsi həmin informasiya ehtiyatı və sistemi dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra həyata keçirilir.

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestr aparılır. Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatları və sistemləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təhlükəsizlik meyarları üzrə monitorinq olunmalı, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditi aparılmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan)informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilmir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər