7 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Elektronika mağazaları zəmanət şərtlərinə əməl etməkdən yayınırlar – Dövlət Xidmətindən açıqlama

Təhlillər göstərir ki, 2021-ci ilin 9 ayı ərzində məişət texnikası, mobil telefonlar və elektrik avadanlıqların qüsurlu olması, dəyişdirilməsi və geri qaytarılma qaydalarının pozulması ilə əlaqədar istehlakçılar tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.

Banker.az-a Dövlət Xidmətindən bildirilir ki, bu məsələlərin müzakirəsi məqsədilə Dövlət Xidmətində elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olan iri bazar iştirakçıları ilə görüş keçirilib.

Tədbirdə Dövlət Xidmətinə daxil olan müraciətlərin böyük hissəsinin mağazalar şəbəkələri tərəfindən məhsulların zəmanət şərtləri, istismar qaydaları, istehlak xüsusiyyətləri barədə istehlakçılara ətraflı və düzgün məlumatların verilməməsi, qüsurlu məhsulun texniki müayinəsi prosesi zamanı baş verən pozuntular, adekvat əvəzedici məhsulun təqdim edilməməsi və s. ilə bağlı olduğu bildirilib, onların aradan qaldırılması, müştəri məmnunluğunun təmin edilməsi tədbirləri müzakirə edilib.

Son xəbərlər
Oxşar xəbərlər
X