8 C
Baku
Sunday, December 22, 2024

Əli Əsədov: “2025-ci ildə “yaşıl büdcə xərcləri”ndə 16 %-dən çox artım olacaq”

2025-ci ildə Azərbaycanda iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə “yaşıl büdcə xərcləri”ndə 16%-dən çox artım nəzərdə tutulub.

Banker.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

“Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Təsadüfi deyil ki, ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər