2024-cü il üçün iqtisadi artım proqnozumuz 2.6 faizdir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir deputatlardan birinin keçən il artım tempinin 1.1 faiz olması fikrinə münasibət bildirib: “Bu, elə 1.1 faizdir, 1-in altında deyil. Demirəm ki, bu, idealdır. Mən olanı deyirəm”.