9 C
Baku
Tuesday, December 23, 2025

Əli Əsədov: Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəal iş aparır

Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 mlrd. dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 mlrd. dollar sərmayə qoyub.

Banker.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəal iş aparır.

Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir.

“Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik. Bu investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, xalqlarımızın rifah halının yüksəldilməsinə xidmət edir”, – Baş nazir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər