10 C
Baku
Wednesday, November 27, 2024

Əli Xamenei “vur” əmri verəndə Pezeşkian xəbərsiz olub

“The New York Times” qəzetinin iddiasına görə, ali dini lider Seyyid Əli Xameneinin əmrini yerinə yetirən İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı İsrailə raket hücumuna başlamazdan əvvəl İran prezidenti Məsud Pezeşkiana məlumat verməyib.

ABŞ nəşri bunu əməliyyatla bağlı İran rəhbərliyində mümkün parçalanma ilə izah edib.

“The New York Times” iddiasının nə dərəcədə həqiqətə uyğun olduğunu söyləmək çətindir. Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər.

“Fikrimcə, İsrailə hücum barədə Prezident Məsud Pezeşkiana məlumat verilib, sadəcə hücum qərarıyla bağlı onun rəyi öyrənilməyib, o fakt qarşısında qoyulub. Zərbə endirildikdən sonra isə Məsud Pezeşkian hücumu dəstəkləyən fikirlər paylaşmaq məcburiyyətində qalıb”- deyə, bunu Bakıda fəaliyyətdə olan Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir.

Bununla belə, Şahinoğlu qeyd edir ki, Pezeşkian İsrailin cavab zərbələrinin İrana hansı zərər vuracağını da anlamamış deyil.

“Pezeşkian seçiləndə beynəlxalq aləmlə münasibətləri nizamlayacağını, iqtisadi vəziyyəti düzəldəcəyini vəd etmişdi. İsraillə müharibə bu planların üstündən xətt çəkəcək”.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Son xəbərlər
Digər xəbərlər