Əlillik dərəcəsi Xəstəliklərin Beynəlxalq Təsnifatına uyğun şəkildə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun şəkildə həll edilir.
Müddət gözlənilmədən göndəriş (forma 88) sistemə yüklənilə bilər?
Bəli. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 12 nömrəli qərarının 1 nömrəli əlavəsində 73 xəstəlik var ki, bu xəstəliklərdə eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicə olması tələb edilmir.
Həmin qərarın 1 nömrəli əlavəsində qeyd edilən siyahısında olmayan xəstəliklər üçün göndəriş verilməsi üçün müddət tələb edilirmi? Bəli. Eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicə olması tələb edilir.
Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri var?
Bəli. Nazirlər Kabinetinin 12 nömrəli qərarının 2 nömrəli siyahısında 31 xəstəlik var ki, son 1 ildə tələb olunan minimal müalicə müddəti xəstəliklərə uyğun olaraq stasionar və ambulator müalicə tələbi var. Bu müddətlər hər xəstəlik üçün fərqli müddətlərdir. Həmin müddətlərin olmaması isə göndərişin verilməsindən (forma 88) imtina edilməsi üçün əsasdır. Qərarın 2 nömrəli siyahısında olmayan xəstəliklər üçün isə minimal müalicə müddətləri tələb edilmədən göndəriş (forma 88) verilir.
Nazirlər Kabinetinin qərarları.
“Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinətinin 13 may 2022-ci il tarixli,187 nömrəli qərarı.
“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazrilər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı.
“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı.