8 C
Baku
Monday, November 18, 2024

Əlilliyi olan şəxslərə əməkhaqqından tutulan sosial ödənişlər üzrə güzəştlər verilirmi?

3-cü dərəcəli əlilliyi olan şəxs özəl şirkətdə çalışır. Bilmək istərdik: həmin şəxs üçün məcburi dövlət sosial sığorta haqqı necə hesablanır və ona hansısa güzəştlər tətbiq edilə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi güzəştinin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı ödənişləri də ümumi qaydada hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu

Son xəbərlər
Digər xəbərlər